"Qızıl Buker" veriləcək

"Qızıl Buker" veriləcək
calendar 16 fevral 2018
clock 10:22

Bukerin yaradıcıları mükafatın yubileyi münasiətilə “Qızıl Buker” təqdim etmək qərarına gəliblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Buker ədəbyyat mükafatının təşkilatçıları mükafatın təsis olunmasının 50 illiyi münasibəti ilə “Qızıl Buker” təqdim edəcəklərini bəyan ediblər.

“Qızıl Buker” əvvəlki Buker laureatları arasından seçiləcək. Əvvəlcə mükafatın verilmə tarixindən bu günə qədərki dövrü onilliklərə böləcəklər, daha sonra jüri hər on illikdən bir ən yaxşı kitab seçəcək.

Beş kitabdan ibarət qısa siyahı mayın 26-da təqdim olunacaq, bundan sonra oxucular onlardan yalnız birini seçəcək. Səsvermənin nəticələri isə iyulda bəlli olacaq.

view 1099 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news