Qalkin Ukrayna Muzeyində

Qalkin  Ukrayna Muzeyində
calendar 1 noyabr 2024
clock 15:36

Rusiyalı şoumen Maksim Qalkin Nyu-Yorkda Ukrayna Muzeyində olub.

Kulis.az xəbər verir ki, bu barədə şoumen sosial media hesabında paylaşım edib.

"Ukrayna modernizminin kiçik, lakin çox maraqlı sərgisi: David Burlyuk, Vladimir Burlyuk, Mariya Sinyakova, Aleksandr Boqomazov və başqaları" deyə, paylaşımda yazılıb.

Şərhlərdə izləyicilər Qalkinə “Ukrayna xalqını dəstəklədiyi üçün” təşəkkür ediblər.

Qeyd edək ki, Qalkin oktyabrın 26-da Nyu-Yorkda konsert verib. Komediya ustası hazırda ABŞ və Kanada şəhərlərində qastrol səfərindədir. Noyabrın 2-də Bostonda, ertəsi gün isə Çikaqoda çıxışı olacaq. Tura Kanadanın Monreal şəhərində noyabrın 24-nə planlaşdırılan konsertlə yekun vurulacaq.

Onu da qeyd edək ki, Qalkin həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Lakin sonra onlar yenidən İsrailə qayıdıblar. Son olaraq onların Yurmalaya gedəcəkləri deyilib.

Qalkin 2022-ci ilin sentyabrında ölkənin Ədliyyə Nazirliyi tərəfindən "xarici agent"lərin reyestrinə daxil edilib.

# 157 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Fazil Mustafa:  "Baboşların-maboşların təbliğatı gedir"

Fazil Mustafa: "Baboşların-maboşların təbliğatı gedir"

13:34 1 noyabr 2024
menu pen all_news