Özbəkistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Özbəkistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
calendar 1 noyabr 2024
clock 11:25

8 Noyabr Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür. Bu gün təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, xaricdə yaşayan soydaşlarımız üçün də əlamətdar gündür. Bu əlamətdar tarixlə əlaqədar noyabrın 6-da Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi üzrə tədbir və konsert proqramı keçiriləcək.

Mərkəzdən Kulis.az-a bildirilib ki, Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Qaraqalpaqıstan, Başqırdıstan və Tatarıstanın Xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın "Özbəyim yoşları" musiqi qrupu, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışları nəzərdə tutulub.

Sözügedən tədbir çərçivəsində Mərkəzin foyesində Azərbaycan xalqının Zəfərinə həsr edilmiş fotosərgi də iştirakçılara təqdim olunacaq.

# 182 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news