Rusiyalı tealaparıcı, ədəbiyyatşünas, naşir, tənqidçi Aleksandr Şatalov vəfat edib.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Aleksand Nikolayeviç Şatalov 61 yaşında xəstəlikdən dünyasını dəyişib.
“O, 1957-ci ildən idi, hələ yaşaya bilərdi. Şatalov indi o biri dünyaya qanad açdı. Onu dünyadan aparan dəhşətli xəstəlikləri sadalamaq istəmirəm, o, iki xəstəlikdən əziyyət çəkirdi” – deyə yazıçı Eduard Limonov öz səhifəsində yazıb.
- Eynşteyn hansı xalq üçün "sürüyə bənzəyən millət" demişdi?
- Adam öldürəndə kimlər ehtirasa gəlir? MÜSAHİBƏ
- “Cəfər Cabbarlı Mükafatı” təqdim olunub
Şatalov Çarlz Bukovski, Uilyam Berrouz, Edvard Fosterin romanlarını ilk dəfə çap edən “Qlaqol” nəşriyyatının yaradıcısıdır. Bundan başqa o, “Kultura” və NTV kanallarında kitab icmalı aparırdı.