İran kinoteatrının tamaşaları təqdim olunacaq

İran kinoteatrının tamaşaları təqdim olunacaq
calendar 25 iyun 2018
clock 10:16

Musiqili Teatrda İran Teatrının tamaşası nümayiş olunacaq.

Musiqili Teatrdan Kulis.az-a verilən xəbərə görə, tamaşa 27 iyun - 1 iyul İran İslam Respublikasının ölkəmizdə Mədəniyyət Günləri çərçivəsində baş tutacaq.

İran İslam Respublikasının Titovak Teatrının aktyorlarının ifasında “İlahi Komediya. Cəhənnəm” (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) tamaşasının nümayişi 28 və 29 iyun tarixlərində nəzərdə tutulur.

Qeyd edək ki, bu yaxınlarda İran İslam Respublikasının Titovak Teatrı ilk dəfə ölkəmizdə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalı çərçivəsində

V.Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Maqbet-Zar” (İbrahim Poştkuhi, Behranq Abaspur) tamaşasını uğurla təqdim etmiş, münsiflər

heyəti və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Modern üslubda işlənən bu tamaşa İranın cənubundakı əfsanələşmiş adət-ənənələrə yeni tərzdə bir baxışdır.

view 1147 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news