Mövlud... Mövlud.. İntihar... – Aliyədən QEYRİ-ADİ ŞEİR

Mövlud... Mövlud.. İntihar... – Aliyədən QEYRİ-ADİ ŞEİR
calendar 8 iyun 2017
clock 14:40

Kulis.az Aliyənin Mövlud Mövluda həsr etdiyi şeiri təqdim edir.

Yuxu, yaxşı, yaşıl, susuz, para

Diz, yoxdur, hara, darıxma, sil, şar,

Alın, necə, gözüm, birdən, sol, damar

Mövlud... Mövlud.. Mövlud... intihar...

Yazı, xəbər, hücum, söndür, şüar,

Boş, stol, kağız, dərman, iftar,

Soyuq, qapı, bulud, azan, quşlar,

Mövlud... Mövlud... Mövlud... intihar...

Oxu, birdən, qopuq, çətin, barmaq

Dibdən, çox yox, sətir, sual, var,

Yoxla, qalıq, yuxarıya, açar

Mövlud... Mövlud... Mövlud... intihar....

Açıq, hansı, bıçaq, pulsuz, çay,

Söndür, mənsiz, alma, dünya, onlar,

Uzaq, hava, geyin, yapış, dağlar

Mövlud... Mövlud... Mövlud... intihar...

view 1807 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news