“Oda”da “İmprovizə şou” olacaq

“Oda”da “İmprovizə şou” olacaq
calendar 13 noyabr 2014
clock 14:57


“Oda” Teatrı bu həftənin şənbə və bazar günü fərqli repertuarla tamaşaçılarının görüşünə gələcək.

Noyabrın 15-i saat 18:00-da teatrın yeni tamaşası olan “Apokalipsis”in təkrar nümayişi keçiriləcək. Noyabrın 16-sı saat 18:00-da isə teatrda “İmprovizə şou” baş tutacaq. Bu şou həm də teatrın bir eksperimenti olacaq. Bu dəfə mövzuları teatr yox, tamaşaçılar seçəcək. səslənən mövzu aktyorlar tərəfindən anındaca səhnələşdiriləcək.

Aktyorlar mövzulara satirik yanaşma ilə öz məharətlərini göstərəcək. “İmprovizə şou” hər ay müxtəlif mövzular ətrafında nümayiş olunacaq.

view 2178 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news