Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi
calendar 9 fevral 2018
clock 10:20

Əməkdar artist Vaqif Kərimov xəstəxanaya yerləşdirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, İrəvan Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist, Qarabağ müharibəsi veteranı 66 yaşlı Vaqif Kərimov Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vaqif Kərimov İrəvan Dövlət Dram teatrında müxtəlif səpkili rollar oynayıb.

Geniş tamaşaçı kütləsi onu davamlı olaraq yayımlanan “İmtahan” serialındakı Fikrət müəllim rolundan tanıyır.

view 1123 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news