"Dovlatov" filmi Berlin kinofestivalında

"Dovlatov" filmi Berlin kinofestivalında
calendar 14 fevral 2018
clock 10:26

Rusiyalı kinorejissor Aleksey Germanın (kiçik) “Dovlatov” filmi Berlin beynəlxalq kinofestivalına hazırlaşır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film əsas müsabiqə proqramında yarışacaq.

Rus yazıçısı Sergey Dovlatovun Leninqradda keçirdiyi bir neçə günü təsvir edən film Rusiya Federasiyasının Mədəniyyət nazirliyi, Kino fondu və Kinematoqrafçılar İtiifaqının rəhbəri Nikita Mixalkovun dəstəyi ilə çəkilib.

Mart ayının 1-dən Rusiyada prokata çıxarılacaq filmin ilk növbədə rus tamaşaçılarını hədəflədiyi söylənilib.

view 1976 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news