Dünyanın ən yaxşı qısa filmləri Bakıda nümayiş olunacaq

Dünyanın ən yaxşı qısa filmləri Bakıda nümayiş olunacaq
calendar 8 sentyabr 2014
clock 13:51

19,20,21 Sentyabr tarixində Bakıda dünyanın ən iri qısametrajlı film festivalının yeni yay toplusunun nümayişi baş tutacaq. Kulis.az-ın yarat.az saytında istinadən verdiyi xəbərə görə, nümayişin təşkilatçısı qismində yenidən YARAT Müasir İncəsənət Məkanı çıxış edəcəkdir.

Hal-hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya boyu 1,400 nümayiş təklif edir.

Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. «Future Shorts” festivalının Yaz Mövsümü özündə 8 filmi birləşdirir.

Nümayiş 19-21 sentyabr tarixində Yay qalereyasında baş tutacaq.

view 1868 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news