Ayfonun "Siri"si tamaşanı pozdu

Ayfonun "Siri"si tamaşanı pozdu
calendar 25 dekabr 2017
clock 10:22

Böyük Britaniyada tamaşa zamanı tamaşaçılardan birinin İPhonuna quraşdırılmış səsli köməkçi Siri səslənərək seansı pozub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Uilyam Şekspirin “Yuliy Sezar” faicəsinin tamaşası zamanı aktyor tərəf-müqabilindən “Əzizim, nə yenilik var?” (Sirrah, what news?”) soruşub.

Bu zaman tamaşaçılardan birinin smartfonu aktivləşob və səsli köməkçi Siri sualı bir də səsləndirməsini xahiş edib.

Başqa bir hadisə isə, Hull Truck teatrında baş verib. Tamaşa zalında olan it bir neçə dəqiqə ərzində səhnədən eşidilən it hürüşməsinə oxşayan səsə cavab verərək hürüb. Bu məqam gülüş doğurub və tamaşaçıların diqqətini səhnədən yayındırıb.

view 1924 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news