"Aya, harya gedersən?" oxuyan müğənni tamaşada - PREMYERA

"Aya, harya gedersən?" oxuyan müğənni tamaşada - <span style="color:red;">PREMYERA
calendar 28 noyabr 2017
clock 10:11

“Ümid” tamaşasının premyerası keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası baş tutub.

İdarədən Kulis.az-a verilən məlumata görə, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər mədəniyyət müəssisələrinin rəhbərləri və başqaları iştirak ediblər.

Tamaşada II Dünya Müharibəsi zamanı Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinin atom bombardmanından sonra fəlakət qurbanlarının həyatı əks olunub.

Tamaşanın rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rolların ifaçıları isə əməkdar artistlər Nargilə Qəribova, Bəhruz Əhmədli və aktyor Vüsal Rzasoydur.

view 2033 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news