2018-ci ilin ən maraqlı filmləri bəlli olub

2018-ci ilin ən maraqlı filmləri bəlli olub
calendar 25 dekabr 2017
clock 11:05

İMDb kinoresursu 2018-ci ilin gözlənilən ən maraqlı filmlərinin siyahısını hazırlayıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, reytinq cədvəlində birincilik “Qisasçılar: sonsuzadək müharibə” fantastik döyüş filmindədir. Filmin gələn ilin may ayında prokatlara çıxarılacağı nəzərdə tutulub. Yeni filmdə Qisasçı Marvellər Qalaktika keşikçilə\ri ilə birləşəcək və bədxah Tanosla mübarizə aparacaqlar.

İkinci yerdə Marvel komiksinin motivləri əsasında çəkilən “Qara pantera” adlı superqəhrəman filmidir.

Üçüncü yerdə baş rolda Rayanb reynoldun çəkildiyi “Dedpul” sikvelidir.

Top onluğa “Yura dövrünün dünyası-2”, Tomb Raider: Lara Kroft”, “Sakitokean hövzəsi-2”, “Vəhşi”, “Ouşenin 8 rəfiqəsi”, “Qeyri-mümkün missiya 6” filmləri düşüb.

Siyahı qaçaqmalçı Xana Solonun gəncliyinə həsr olunmuş “Solo: Ulduz müharibələri. Hekayətlər” filmi ilə tamamlanır.

view 1293 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news