“Möhtəşəm Qeytsbi” 3D oldu

“Möhtəşəm Qeytsbi” 3D oldu
calendar 13 mart 2013
clock 11:34

Kann festivalı Leonardo di Kaprionun oynadığı «Möhtəşəm Qeytsbi» filmi ilə açılacaq

Kulis.Azın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumata görə Frensis Skott Fitdceraldın eyniadlı əsərinin ekranizasiyası mayın 15-i festivalın açılış günündə 3 D formatında göstəriləcək.

Avstraliya rejissoru Bazz Lurmanın çəkdiyi bu filmin müsabiqədən kənar nümayişi nəzərdə tutulub. Filmdə Di Kaprio ilə yanaşı Tobi Maquayr (Hörümçək adam») və Kerri Maliqan («Hisslərin tərbiyəsi», «Utanc») oynayır. Frensiss Skottun kitabının növbəti ekranizasiyasını ilk dəfə ABŞ, Hindistan və Tayvan sakinləri də görəcək. Rusiyada film may ayında prokata çıxarılacaq.

66-cı Kann festivalının münsiflər heyətinə bu il məşhur amerikan rejissoru və produseri Stiven Spilberq rəhbərlik edəcək. Xatırladaq ki, ötən il sözügedən festivalın baş mükafatı- «Qızıl palma budağı»nı «Eşq» filminə görə Avstriya rejissoru Mixail Haneke qazanmışdı.

view 2351 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news