Ancelina Coli və Bred Pitt evləndilər

Ancelina Coli və Bred Pitt evləndilər
calendar 29 avqust 2014
clock 10:30

Hollivudun ən çox gözlənilən nikahı baş tutub. Kulis.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə Ancelina Coli və Bred Pitt nəhayət ki, rəsmi nikah bağlayıblar.

Avqustun 27-də Ancelina Coli və Bred Pitt bu barədə pərəstişkarlarına xəbər veriblər. Nikah avqustun 23-də cütlüyün Fransadakı malikanəsində dostlardan və qohumlardan ibarət yaxın çevrənin iştirakı ilə baş tutub. Mərasimdə cütlüyün uşaqları da iştirak edib: Coli mehraba oğlanları Meddeks və Paksla yollanıb, Zaxar və Vivyen onların payəndazlarına gül ləçəkləri səpiblər, Şaylo və Noks isə üzükləri gətiriblər.

Xatırladaq ki, ulduzlar 2012-ci ildə nişanlanmışdılar. Bu vaxta qədər cütlük bir neçə dəfə nikah kəsdirəcəkləri ilə bağlı xəbər yaysalar da hər dəfə mərasimi təxirə salıblar. Amma bu dəfə onların 2014-cü ilin yayında nikah kəsdirəcəkləri ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdi. Görünür cütlük qanuni nikah mərasimini gizli saxlamağı tərcih edib.

view 1787 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news