“Aydın yol” qəzetinə yeni baş redaktor təyin olunub

“Aydın yol” qəzetinə yeni baş redaktor təyin olunub
calendar 5 dekabr 2014
clock 10:06

Yazıçı Yaşar Əliyev “Aydın yol” qəzetinə baş redaktor təyin olunub.

Bu barədə APA-ya Y. Əliyevin özü məlumat verib. Y. Əliyev bildirib ki, baş redaktor vəzifəsinə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyinin qərarı ilə təsdiq olunub.

Qəzetin bugünkü sayı Y. Əliyevin rəhbərliyi ilə nəşr olunub.

Ötən həftə “Aydın yol”un baş redaktoru, yazıçı Fəxri Uğurlu tutduğu vəzifədən istefa vermişdi. Qəzetin iki əməkdaşı – redaktorlar Tahir Kazımlı və Zöhrab Əmirxanlı ilə müqavilə uzadılmamışdı.

Qeyd edək ki, Y. Əliyev şair Ramiz Rövşənin qardaşıdır.

view 1037 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news