Sumqayıtda Həzrəti Yusif tamaşası

Sumqayıtda Həzrəti Yusif tamaşası
calendar 13 may 2013
clock 13:50

Sumqayıt Dövlət Musiqili Dram teatrında Ş. Nəzərlinin “Yusifin qəmi” pyesi əsasında tamaşa hazırlanır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət sifarişi ilə hazırlanan tamaşanın yaxın günlərdə premyerası gözlənilir.

Tamaşanın quruluşçu rejissoru əməkdar mədəniyyət işçisi Bəhram Osmanov, quruluşçu rəssamı isə gənc rəssam Sevinc Həsənovadır. Baş rolda xalq artisti Məzahir Süleymanov, Habil Xanlarov, Xatirə Süleymanova və başqaları çıxış edəcək.

Əsərdə Həzrəti Yusifin başına gələn ağır və məşəqqətli anlar təsvir olunur. Yusifin qardaşları tərəfindən quyuya atılması, Misirə gedən karvan başçısının onu qul bazarında baha qiymətə saraya satması, saray xanımı Züleyxanın ona aşiq olması, insanların Allaha inamı, xeyirxahlığı, ədalətin qalib gəlməsi əsərin əsas qayəsini təşkil edir.

view 1604 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news