Əməkdar artist Tofiq Hüseynov əməliyyat olunub

Əməkdar artist Tofiq Hüseynov əməliyyat olunub
calendar 4 may 2016
clock 17:33

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynov Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda T. Hüseynovun vəziyyəti qənaətbəxşdir: “Əməkdar artistin səhhətində qorxulu hal yoxdur, əməliyyat uğurla keçib. Aktyor hazırda Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində həkim nəzarəti altındadır, sabah palataya köçürüləcək. Tofiq Hüseynovun səhhəti Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində və nəzarətindədir. Teatrın kollektivi adından Tofiq Hüseynova can sağlığı, yeni-yeni uğurlu obrazlar arzu edirik”.

Qeyd edək ki, T. Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. O, 2009-cu ildən Azərbaycanın əməkdar artistidir.

view 2376 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news