“Alpamıs” operasının premyerası keçiriləcək

“Alpamıs” operasının premyerası keçiriləcək
calendar 22 aprel 2013
clock 15:15

Mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli qazax bəstəkarı, Qazaxıstanın Dövlət Mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin “Alpamıs” operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, operanın quruluşu türkdilli ölkə bəstəkarlarının ən yaxşı opera tamaşaları ilə bağlı TÜRKSOY-un xüsusi layihəsi çərçivəsində həyata keçirilir.

Əsər əfsanəvi qəhrəman Alpamısın həyatından bəhs edir.

Konsert ifasında səhnəyə qoyulan tamaşada teatrın solistləri – əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, həmçinin Anton Ferştandt, Fərid Əliyev, Tural Ağasıyev, Tələt Hüseynov və başqaları çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri gənc dirijor Əyyub Quliyevdir.

Qeyd edək ki, Erkeqali Raxmadiyev (1930-2013) uzun illər Qazaxıstan Dövlət Konservatoriyasının rektoru olub, Qazaxıstan Bəstəkarlar İttifaqına rəhbərlik edib, respublikanın mədəniyyət naziri vəzifəsində çalışıb.

E.Raxmadiyevin yaradıcılığında 1973-cü ildə qələmə aldığı “Alpamıs” operası xüsusi yer tutur.

view 2119 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news