Azərbaycan yazıçılarının əsərləri ABŞ-da nəşr olunub

Azərbaycan yazıçılarının əsərləri ABŞ-da nəşr olunub
calendar 21 dekabr 2012
clock 12:22

ABŞ-ın “Trafford” nəşriyyatı “Modern Azərbaycan nəsri” adlı irihəcmli kitabı nəfis şəkildə kütləvi tirajla çap edib.


AzərTAc xəbər verir ki, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Ön söz”də Azərbaycan ədəbiyyatının, o cümlədən nəsrinin keçdiyi inkişaf mərhələlərindən söhbət açaraq söz sənətimizdəki yeniləşmə prosesini dünya ədəbiyyatı kontekstində şərh edib.


Topluda Azərbaycanın qələm sahiblərindən İsmayıl Şıxlı, İsa Muğanna, Yusif Səmədoğlu, Elçin, Anar, Aqşin Babayev və başqalarının əsərlərindən nümunələr təqdim olunub.


Kitabda yazıçıların tərcümeyi-halları və fotoşəkillərə də yer verilib.

view 2036 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news