Kafkanın tərcüməçisi vəfat etdi

Kafkanın tərcüməçisi vəfat etdi
calendar 5 may 2014
clock 10:18

Tanınmış tərcüməçi Azərbaycan Dillər Universitetinin alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı vəfat edib.

Kulis.az-ın məlumatına görə o, mayın 2-də dünyasını dəyişib.

Aprelin sonlarında Çərkəz Qurbanlının insult keçirdiyi və Bakı klinikalarından birinə yerləşdirildiyi barədə xəbər yayılmışdı.

73 yaşlı professor süni nəfəs aparatına qoşulmuşdu.

Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından idi. O, Əsəd bəyin 6 əsərini, o sıradan “Əli və Nino” romanını almancadan Azərbaycan dilinə çevirib. Çərkəz Qurbanlı Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını da alıb.

Çərkəz Qurbanlı bir müddət Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb.

view 2058 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news