Divarı yarın, arzumu tapın!

Divarı yarın, arzumu tapın!
calendar 1 iyul 2011
clock 10:16
“Mən yaşlandıqca”

Bu lap çoxdan olub.
Arzumu unutmuşam belə.
Amma o vaxt orda,
Önümdəydi.
Günəş kimi parlaq
Mənim arzum.
Sonra da bir divar ucaldı
Yavaş-yavaş.
Mənimlə arzumun arasında.
Düz göyə kimi ucaldı
Bu divar.
Kölgə.
Mən qara.
Kölgədə uzanıram.
Arzumun işığı artıq qarşımda deyil.
Başımın üstündə də yox.
Yalnız qalın divar.
Yalnız kölgə.
Mənim əllərim!
Qara əllərim!
Divarı yarın!
Arzumu tapın!
Bu qaranlığı çilik-çilik etməyə,
Gecəni darmadağın etməyə
Kömək edin.
Kölgəni sındırmağa
Minlərlə günəş parçasına,
Günəşin
Havada dövrə vuran minlərlə arzuya çevrilməsinə
Yardım edin.

Tərcümə: Svetlana QULİYEVA
# 1000 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news