Fuad Biləsuvarlı “Antenn-FM”də:

Fuad Biləsuvarlı “Antenn-FM”də:
calendar 5 iyul 2011
clock 14:03
İyul ayının 5-də “tanınmış şair” Fuad Biləsuvarlı “Antenn FM”-in efirindən tamaşaçılara səslənib. “Səhər Şousu” verilişinə telefonla bağlanan şair qızları cəlb etməyin yolları barədə maraqlı məlumatlar verib.

Xatırladaq ki, verilişin mövzusu da “qızları özünüzə necə cəlb edərsiniz” olub.

Tanınmış şairin səsinin efirdən gəlməsi xəbərini eşidib, ondan bu haqda məlumat aldıq. O da öz növbəsində bildirdi ki, həqiqətən də adıçəkilən verilişə qatılıb və parlaq fikirlərini bildirib. O, bizə açıqlamasında radioda səsləndirdiyi fikirləri bir daha xatırladıb: - “Qızları özümə cəlb etmək fərasəti məndə yoxdur. Ancaq şeirlərimlə və gözəl sözlərlə çox ehtimal ki, gözəl qızların qəlbinə yol tapa bilərəm.”

Bundan əlavə gənc şair radio efirindən həm də şeirlərindən birini də səsləndirib. Həmin şeiri də diqqətinizə çatdırmağı özümüzə müqəddəs borc bilirik:

Olub yollar yorğunu

Olub yollar yorğunu,
Səni tez-tez yoracam.
Sevib başqa bir qızı
Səni yolda qoyacam!

Arzuların qəlbində
Tükənəcək bir zaman...
Mən yadına düşəndə
Olmayacam yanında!

Düşüb mənim izimə,
Daha məni axtarma!
Yanıb mənim közümə,
Ocaq olub alışma!

Yar ağlayıb üzümə
“Məni qəbul et” demə!
Bizimki bitdi burda,
Daha artıq qəm yemə!

Vüqar QURDQANLI
# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news