Elif Şəfəqin Twitter qeydləri - MƏTN

Elif Şəfəqin Twitter qeydləri - MƏTN
calendar 8 aprel 2011
clock 14:56
“Twitter” sosial şəbəkəsindən istifadə edən məşhurların sayı artmaqdadır. Barak Obama, Madonna, Paolo Koelo, hətta Qabriel Qarsia Markez...Biz də məşhurların twitlərini sizinlə bölüşməkdə davam edirik. Keçən dəfə türk şairi Küçük İskəndərin qeydlərini sizinlə bölüşmüşdük. Bu dəfəki qonağımız isə türk yazıçısı Elif Şafakdır.

Dosye: Elif Şafak 1971-ci ildə Strasburqda doğulub. Orta məktəbi bir müddət Madriddə, sonra Ankara Atatürk Anadolu litseyində oxuyub. Orta Doğu Teknik Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. Ilk kitabı 1994-cü ildə çıxıb. Ən məhşur əsəri “Eşq”romanıdır. “Eşq” romanı həm də qısa vaxtda rekord satışla yadda qalıb. Sonuncu kitabı “Firarpərəst” keçən ilin dekabr ayında satışa çıxarılıb.

- Yağışlı havada daha çalışqan və yaradıcı oluram. Hamı üçün fərqli ola bilər amma mənim üçün ədəbiyyatın fəsli payızdır.

- Müəllif və yazıçı bəzən eyni olmur sanki. Müəllif kitabları imzalayır, oxucularla görüşür. Yazar isə öz köşəsinə çəkilir.

- Roman yazmaq üçün 5 mənbəyə ehtiyacım var: dil, ədəbiyyat, həyat, köçərilik və İstanbul...

- Yoxsa heç kim roman oxumazdı, sürət yüksəldiyi, hər şeyin qacaraq həll olunduğu, heç kimin bir-birinə vaxt ayırmadığı bir dövrdə...

- Mövlanənin səsi əsrlərin hüdudlarından səslənir: nə vaxt ki eşqdən danışıram, yazılarımın yetərsizliyindən utanıram...

- Səssizlikdə bir cümlə də yaza bilmərəm. Mütləq küçənin, musiqinin, həyatın səsi olmalıdır. İlham səssizlikdə gəlmir.

- Özünə gülə bilmək gözəl şeydir. Qüsurlarına, əksiklərinə şəfqətlə baxmaq. Gözəldir özünü ciddiyə almamaq.

- İlhama ehtiyacın olanda uzun bir gəzintiyə çıxın, özünüzdən uzağa. Və dinlə, küçəni, rəngləri, insanları, yağışı. Dinləmək lazım həyatı.

- İstanbul yazıçılar, şairlər şəhəri. Keçmişdə yaşamış sənətçilərə vəfa borcumuz var. İstanbulun Ədəbiyyat xəritəsini yaratmalı.

- Yazarlar bir-birilərinin kitablarını çox da oxumazlar, oxusalar da, oxumamış kimi göstərərlər. Amma “oxucu” olmadan “yazar” olmaq olmur.

Günel Əsgərzadə
# 1532 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news