Poetik yumurtalar
Sanballı poetik bir toyuğam
Poetik yumurtalar qoyuram.
Və həvəsimi artırmaq üçün
Çox şey tələb olunmur.
Yumurtanın sarısından fəlsəfə qururuq
Ağından əsl gözəllik.
Sonra da dəyirmi formada qabıq
Daha insani səslənsin deyə, zəhlətökən danışıq.
Françeska
Sən gecənin içindən gəldin
Əlində çiçəklər vardı,
İndi də insanların xəcalətindən gələcəksən
Onların sənin haqqındakı qarmaqarışıq nitqindən.
Səni ən əsas başlanğıclarda gördüyüm üçün
Qəzəblənirəm onlar adını çəkəndə
ən bəsit yerlərdə.
Qoy sərin dalğalar şüurumu yuyub aparsın,
Dünya da ölmüş yarpaqtək qurusun,
Ya da bir zəncirotunun tükləritək havaya sovrulsun,
Elə olsun ki, səni yenidən tapa bilim
Yalnız halda.
İngiliscədən tərcümə: Svetlana Quliyeva
Poetik yumurtalar qoyuram.
Və həvəsimi artırmaq üçün
Çox şey tələb olunmur.
Yumurtanın sarısından fəlsəfə qururuq
Ağından əsl gözəllik.
Sonra da dəyirmi formada qabıq
Daha insani səslənsin deyə, zəhlətökən danışıq.
Françeska
Sən gecənin içindən gəldin
Əlində çiçəklər vardı,
İndi də insanların xəcalətindən gələcəksən
Onların sənin haqqındakı qarmaqarışıq nitqindən.
Səni ən əsas başlanğıclarda gördüyüm üçün
Qəzəblənirəm onlar adını çəkəndə
ən bəsit yerlərdə.
Qoy sərin dalğalar şüurumu yuyub aparsın,
Dünya da ölmüş yarpaqtək qurusun,
Ya da bir zəncirotunun tükləritək havaya sovrulsun,
Elə olsun ki, səni yenidən tapa bilim
Yalnız halda.
İngiliscədən tərcümə: Svetlana Quliyeva
Oxşar xəbərlər
Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu
16:50
14 oktyabr 2025
"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi
12:21
17 iyun 2025
Yeni xeber
11:39
17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı
12:58
29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli
18:24
21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair
16:34
21 noyabr 2024