“Bildiyim şeirlərdən məharətlə istifadə edirəm” - MÜSAHİBƏ

“Bildiyim şeirlərdən məharətlə istifadə edirəm” - MÜSAHİBƏ
calendar 11 aprel 2011
clock 11:25
Kulis.az tanınmışlardan standart suallarla kitab haqqında müsahibələr alır.
Lahiyənin ilk qonağı politoloq Hikmət Hacızadədir.




- Heç kitab oğurladınızmı?

- Olub! Kitabxanaya bir iki dəfə kitab qaytarmamışam. İndiyə qədər vicdan əzabı çəkirəm.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Yox, mən sevmədiyim kitabları nəyə görə yığım ki?

- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?

- “Skromnılıq”dan kənar olsa da - mənim həyatım bir kitaba sığmaz, təxminen 3 cild olmalıdır: “Gənclik illəri”, “Xalq hərəkatı” və “Həyat”. (gülür)

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Aspirantura kitablarım durur.

- Birinci sinfə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Oxumağı.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Səhifənin ucunu qatlayırdım, ya da karandaş filan qoyurdum.

- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?

- Yüzdən çox olar! Onları axıra qədər xatırlamasam da – “lazımi” yerlər yadımdadır və mən onlardan (məharətlə) istifadə edirəm.

- İlk oxuduğunuz kitab yadınızdadır?
- Yəqin, nağıl zad olar.

- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?

- Yox. Fəlsəfə - ölü elmdir.

- Kiməsə kitab bağışlamısınızmı?

- “Pastayannı”! Dəyərli (mənim aləmimdə) kitabı ən yaxşı hədiyyə hesab edirəm.

- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı?

- Elə filmlər çoxdur, məsələm “Qu quşunun yuvası üzərindən bir uçuş”, filminə baxdım sarsıldım, sonra da kitabını tapdım – oxudum, yenə sarsıldım.

- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?

- Çox kitab oxumuşam və böyük məqələlər də yazmışam. Bu mövzuda ən dəyərli kitab Tomas de Vaalın “Qara bağ” kitabıdır.

- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?

- Dindar adam deyiləm. Mənimki azadlıqdır, liberalizmdir.

- Elektron kitab oxumusunuzmu?

- Daim oxuyuram, mənim elekton kitabxanam da var www.kitabxana.org

- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?

- Belə insanlar çoxdur. O qədər maraqlı ictimai – siyasi fiqurlar var ki, onlar həyatlarının əsl hekayətini danışmırlar... Yazsaydılar çox maraqlı olardı.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Həmişə nəsə oxuyuram.

- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?

- Ona böyük simpatiyam yaranır.

- Yandırdığınız kitab olubmu?

- Yox, amma tulladığım kitab olub – sovet dövrünü rəsmi ideologiyasına əsaslanmış kitablarından...

- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?

- Belə kitablar xüsusi ilə gənclimdə çox olub – kino yox, TV – boş, odur ki, o zamanlar maraqlı kitab ələ keçəndə onu birnəfəsə oxuyurdum.

- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?

- Əlbəttə. Bələ kitablar çoxdur: məsəl üçün dini kitablar (Quran, Bibliya və s.), siyasi və ictimai cərəyanların əsas kitabları, Humanizm və ya qəddarlığa yeni baxış gətirən kitablar. Mənə şəxsən, Tolstoyun “Dirilmə” romanı kitabı çox təsir edib.


Fərid Mirzəyev
# 1524 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news