AYB-də aclıq aksiyası - FOTOSESSIYA

AYB-də aclıq aksiyası - FOTOSESSIYA
calendar 19 iyul 2011
clock 11:55
Şair Şaiq Vəli 3 uşağı ilə birlikdə AYB-nin binasında aclıq aksiyasına başlayıb.

Təşkilatın binasının ikinci mərtəbəsində aclıq edən şair AYB-dən iş istədiyini bildirir.

Kulis.az dərgisinə açıqlamasında Şaiq Vəli bunları deyib:

“Mən yazıçıyam. Yazıçılar Birliyi də yazıçıların ən doğma yeridir. Anar müəllim bura rəhbərlik edir. O, yazıçı olmaqla bərabər, həm də məmurdur. AYB-də haqq-ədalət yerini tapmır. Burda hər şey qohumluqla, tanışlıqla həyata keçirilir. Anar müəllim mən işlə bağlı müraciətlərimə “yox“ deyir. Mən bundan qabaq prezidentimizə müraciət etmişdim. Onlar da şikayətimi bura göndəriblər. Mənzilim də yoxdur. Kirayələrdə qalıram. 20 ildir kirayədəyəm. Oğlum Qarabağ müharibəsində həlak olub. Üç balaca uşağım acından gəbərmək üzrədir. Bu iki oğlanı da vətən üçün böyüdürəm. Bunları hansı üzlə çağıracaqlar hərbi xidmətə? AYB-də çoxusu yazıçı deyil, amma prezident təqaüdü alır. Rəhmətlik prezidentimiz Əliyev Ukrayna meydanının yaxınlığında yer ayırmışdı yazıçılar üçün. Ordan da bir xəbər yoxdur. Sosial təminata gedirəm. Deyir, iş yerindən arayış gətir. Mən arayışı hardan tapım? AYB-nin jurnallarında, qəzetlərində ölü işçilər var. Mən niyə işləməməliyəm. 1987-ci ildən AYB-nin üzvüyəm. “Azərbaycan” qəzetində şöbə müdiri işləmişəm. Sovet vaxtı yaxşı qonarar alırdıq. İndi isə acından ölürük”.

Şaiq Vəli bildirib ki, onun tələblərini yerinə yetirənəcən aclıq aksiyasını davam etdirəcək.

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə Kulis.az-a açıqlamasında Şaiq Vəlini istedadlı şair kimi tanıdığı deyib: “Şaiq Vəli bizim jurnallarda daim dərc olunub. AYB-nin təqdimati ilə ona prezidentin xüsusi təqaüdü verilib. İndi vəziyyət doğrudan da ağırdır. Şair də bir atadır. O da uşaqlarını dolandırmalıdır. Amma burada bütün işlər ştatladır. Biz kimisə çıxardıb yerinə Şaiq Vəlini qoya bilmərik axı”.

“AYB çox demokratik yerdir. Gördüyünüz kimi, Şaiq Vəli burda aksiya keçirə bilir. Biz ona mane olmadıq. Yəqin ki, Şaiq Vəli üçün hər şey yaxşı olacaq. Mən də istərdim ki, onun dolanışığı yaxşıdır. Yazıçılar Birliyinin çoxsaylı üzvü var. Onların hamısının qayğıları ilə məşğul ola bilmirik. AYB-nin maddi imkanları da yüksək səviyyədə deyil”.

AYB-nin Həmkarlar İttifaqının sədri Firuzə Məmmədli isə bildirib ki, onlar yalnız AYB-də çalışanların sosial təminatı ilə məşğul olurlar: “Ancaq idarə heyəti yığışıb onun məsələsini müzakirə edə bilir. Bizim elə də güclü imkanımız yoxdur. Uzaq başı 15-20 manat...”

Elmin HƏSƏNLİ
# 1923 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news