Amma çox qəribədir ki, Aqşinin məqaləsinə yazılan şərhlərdə onun demək istədiyi qalıb bir yanda, hamı bu gənc yazarı dinsizlikdə, Allahsızlıqda ittiham edir.
- "Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı
- “Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı” layihəsi həyata keçirilir
- Məşhur reperə cinayət işi açıldı
Deyirəm bəlkə bu Aqşini Cordano Bruno kimi ya tonqala ataq, ya Nəimi kimi şaqqalayaq, ya da Nəsimi kimi dərisini soyaq?
Babək heç vaxt dinə qarşı vuruşmayıb, bunu beynimizə belə yeridiblər. Həm sovet ideoloqları, həm də ərəb tarixçiləri. Bu Babəkin böyüklüyünü kiçiltməkdən başqa bir şey deyil. Babək Vətəninin azadlığı uğrunda işğalçılara qarşı vuruşub. Çünki hər işğalçı gələndə işğalçılığına don geyindirmək üçün hansısa xoşgör məqsədlərdən istifadə edir. Biri dindən, biri ürəyi yanımcıllıqdan (məsələn, NATO-nun Liviya xalqına, ya İraqa ürəyi yandığı kimi), biri yatırım qoymaqla, nə bilim ey, biri də hansısa nəyi...
Aqşin də bunu demək istəyib və deyib də.
Ədalət qəzeti