Mirzə Cəlil “Molla Nəsrəddin”i ermənicə buraxmaq istəyirdi

Mirzə Cəlil “Molla Nəsrəddin”i ermənicə buraxmaq istəyirdi
calendar 3 avqust 2011
clock 13:27
Cəlil Məmmədquluzadə Təbrizdə “Molla Nəsrəddin” jurnalının səkkiz nömrəsini buraxdı.

O, jurnal üçün icazəni çətinliklə aldı, belə ki, hakim dairələr jurnalın fars dilində çap edilməsini tələb edirdilər.

“Anamın kitab”ı dramını yazmış, ömrü boyu xalqla öz dilində danışmağa alışmış və Azərbaycan nəsr dilini yaratmış bir adam üçün bu tələb ölümdən də betər idi.

Buna görə də valiyə son dərəcə ironik bir təklif verdi: “Təbriz şəhərində dörd erməni qəzeti nəşr edilir. Mən erməni dilini bilirəm. İndi ki, belə oldu, icazə verin jurnalı erməni dilində çap edim”.
(Nehrəm kəndində müəllim olarkən Cəlil Məmmədquluzadə müəllim yoldaşı Tiqran Sumbatyandan erməni dilini öyrənmiş, əvəzində də ona Azərbaycan dilini öyrətmişdir).

Bu sözlərin qarşısında deməyə söz tapmayan vali axırda güzəştə getməyə razı olur.

Onun təklifi ilə jurnalın baş məqaləsi fars dilində, qalan məqalələri isə Azərbaycan dilində olacaqdı.

Cəlil Məmmədquluzadə bu təklifi də qəbul etmək istəmirdi.

Lakin onunla valinin görüşünü təşkil edən dostu Əbülfət Ələvi Cəlil Məmmədquluzadəni dilə tutdu və fars dilində olan baş məqalələri özü yazacağına söz verdi.

Litoqrafiya, mətbəə, kağız və rəssam problemləri həll olunduqdan sonra jurnal çap edilməyə başladı.

Lakin İran hökumətinin senzurası Cəlil Məmmədquluzadəni çox çətinə salırdı.

Azərbaycan Xalq Komissarları Sovetinin (İndiki Nazirlər Kabineti) Cəlil Məmmədquluzadəni Bakıya dəvət etməyi haqda teleqram gələndə o, tərəddüd etmədi.

Qan TURALI

Mənbə: Həmidə Məmmədquluzadə. “Mirzə Cəlil haqqında xatirələrim”. 1967
# 2178 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news