Şair və yazıçının ayrılığı

Şair və yazıçının ayrılığı
calendar 5 avqust 2011
clock 22:22
Düz yüz il bundan qabaq: 1911-ci il
Aylardan mart.
Tiflis vağzalı...
İki nəfər qucaqlaşır.
Biri şairdir, o biri yazıçı.
Yazıçı şairi yola salmağa gəlib.
Axırıncı görüşləridir.
Xəstədir şair, “arizi qəmlər əlindən ki, ürəyi şişmiş idi. Bəxtindən
ciyəri də şişməyə başlamışdı” .
Son dəfə qucaqlayır dostunu.
Amma adları yüz illər boyu yanaşı çəkiləcək.
Bunu bilmirlər çox güman ki.
Və bu vidadan dörd ay sonra bir teleqram gələcək: “Şair öldü”.
Yazıçı üçün bu teleqram gözlənilən olsa belə bir neçə gün özünə gələ bilməyəcək.
Hətta bir müddət jurnalı bağlayacaq.
Təkcə onun yox jurnal kollektivinin də əli işə yatmayacaq.
Yazıçının yazdığı bir şeir şairin adına çıxılacaq, yazıçı müəllifiliyini
gizlədəcək.
O vidadan on il sonra heykəli qoyulacaq şairin.
Yazıçını ora dəvət etməyəcəklər.
Qəzetlərdən oxuyacaq dostuna heykəl qoyulduğunu.
10 il sonra da özü vəfat edəcək.

***
Şair-Mirzə Ələkbər Sabir...
Yazıçı-Cəlil Məmmədquluzadə...

Qan TURALI
# 1538 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news