Arvada, uşağa, vətənə, dosta və sairəyə toxunmaqdı yaşamaq
Bu gün şair Salam Sarvanın 45 yaşı tamam olur.
Kulis.az adından şairi təbrik edir və onun şeirlərindən birini təqdim edirik.
***
Anayçun, arvad-uşaqçun,
lap elə vətənçin yaşayan insan
ömrün son illərini cənnətçin yaşar -
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçin.
Həə, deməli məlumdu məsələ…
Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan -
stola, divara, televizora…
Həə, deməli yaşamaq da belədi -
bir «kibrit» axtarışında
arvada, uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq.
Kulis.az adından şairi təbrik edir və onun şeirlərindən birini təqdim edirik.
***
Anayçun, arvad-uşaqçun,
lap elə vətənçin yaşayan insan
ömrün son illərini cənnətçin yaşar -
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçin.
Həə, deməli məlumdu məsələ…
Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan -
stola, divara, televizora…
Həə, deməli yaşamaq da belədi -
bir «kibrit» axtarışında
arvada, uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq.
Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi
12:21
17 iyun 2025

Yeni xeber
11:39
17 iyun 2025

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı
12:58
29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli
18:24
21 noyabr 2024

Rakı şüşəsində balıq olmaq istəyən şair
16:34
21 noyabr 2024

Tezer Özlü "Sarı və dumanlı"
14:02
21 noyabr 2024