Əliağa Vahid: “Qurban bayramı”

Əliağa Vahid: “Qurban bayramı”
calendar 15 avqust 2011
clock 12:30
Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: «Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və s. yazmış, «Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında əməkdaşlıq etmişdir.



Balaca felyeton

Qurban Bayramı

Bir də görsəydim səni röyada, qurban bayramı,
Həsrətim qalmazdı bu dünyada, qurban bayramı.

Həzrəti İbrahimin sənsən ucaldan şöhrətin,
Sən onun artırdın aləmdə cəlalın, dövlətin;
Bir sənə tapşırdı getdi biz müsəlman millətin,
Olmuşuq irsən sənə dildadə, qurban bayramı.

Göz önündə keçmişim silinmiş təkər tək fırlanır,
Sanki əmrimlə yenə keyf məclisim hazırlanır;
Tüstü qalxır, dalbadal şişlik gəlir, manqal yanır,
Gəzdirir məşuqəm əldə badə qurban bayramı.

İndi də yadımdadır bərk içmişəm, kəlləm dolu,
Məclisimdən qovladım bayram günü bir yoxsulu.
Nə kabab verdim, nə verdim bir qəpik bayram pulu,
Aclıqdan başladı fəryada qurban bayramı.

Məclisimdə curlarım molladı, bəy, xandı bütün,
Layiqi yoxdu bizə hər yoxsulun, hər bir lütün;
Yüksəlirdik göylərə çıxdıqca manqaldan tütün
Fəxr edirdim mən səninlə, adə qurban bayramı.

İndi neylim çevrilib, dünya dəyişmiş sərbəsər,
Var nə qurbandan, nə şişlikdən, nə manqaldan əsər;
Köhnə adətlər pozuldu, mən qocaldım müxtəsər
Düşməyir illərcə yadə qurban bayramı.


Əliağa VAHID

“Kommunist” qəzeti, 1938-ci il № 33

Vüqar QURDQANLI
# 4632 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news