Şairin qəbrinə şərab töküldü... Sonra dağıtdılar qəbri

Şairin qəbrinə şərab töküldü... Sonra dağıtdılar qəbri
calendar 19 avqust 2011
clock 16:07
Tanınmış türk şairi Can Yücelin Muğla şəhərinin Datça ilçəsindəki məzarı naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.

Gecəyarısı edilən hücumun kim tərəfindən olunduğunu müəyyən etmək üçün Datça Polis Bölməsinin əməkdaşları təhqiqatlara başlayıb.

Polis təcavüzkarların hücumu əvvəldən planlaşdırdıqlarını və yanlarında gətirdikləri çəkic tipli ağır bir cisimlə məzarı parçaladıqlarını ehtimal edirlər.

Bütün dünyada “tolerantlıq qəbristanlığı” olaraq bilinən Datça qəbristanlığında müsəlman qəbirləri ilə yanaşı, xristian və yəhudi qəbirləri də var.

Yücəlin avqustun 12-də keçirilən ölüm ildönümündə bir neçə gənc məzarına şərab tökmüşdü. Şairin yaradıcılığının vurğunları şərab tökülməsinin “Can baba”nın vəsiyyəti olduğunu deyiblər.

Lakin hakim Ədalət və İnkişaf Partiyasının Datçadakı ilçe başqanı Ahmet Sedat Deniz hadisəni pisləyib və belə bir vəsiyyətin uydurma deyib.

Sosialist şair Çe Gevara və Mao-dan etdiyi tərcümələrə görə 1971-ci ildə həbsə salınsa da, 3 il sonra bağışlanıb.

O, Türkiyənin tanınmış dövlət xadimi, keçmiş mədəniyyət naziri Həsən Əli Yücelin oğludur.

Şair 1999-cu ildə vəfat etmişdi.

Günel Əsgərzadə
# 1260 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news