Qabilin oğlu atası haqda kitab buraxdı

Qabilin oğlu atası haqda kitab buraxdı
calendar 22 avqust 2011
clock 11:00
Bu günlərdə "Nurlan" nəşriyyatı Mahir Qabiloğlunun "Atam Qabilin qəribə əhvalatları" kitabını çapdan buraxıb.

Kulis.az AzərTAc-a istinadən xəbər verir ki, xalq şairi Qabilin 85 illiyi münasibətilə yazılmış kitabda M.Qabiloğlunun bilavasitə iştirakçısı və şahidi olduğu 50-yə yaxın bir-birindən maraqlı əhvalat toplanıb. Qabil yaradıcılığının pərəstişkarlarına töhfə olan kitab Həsən Həsənovun redaktorluğu ilə işıq üzü görüb.

M.Qabiloğlu "Müəllifdən" sərlövhəli yazısında qeyd edir ki, bu kitabı atası ilə bağlı maraqlı əhvalatların unudulmaması və geniş ictimaiyyətə çatdırılması məqsədilə qələmə alıb. Kitab görkəmli yazıçımız İsmayıl Şıxlıya istinadla ("Dostum Qabilin qəribə əhvalatları") "Atam Qabilin qəribə əhvalatları" adlandırılıb.

“Səhv düşəndə yerimiz", "Bakılı", "Çörək", "Azərbaycan torpagı", "Göygöl", "Türkün qəbri", "Qoru özünü", "Sənə qurban" və s. şeirləri, "Nəsimi" poeması ilə populyarlıq qazanan xalq şairi Qabil 2007-ci ildə vəfat etmişdir.
# 1737 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news