Molla Pənah Vaqif erotikası

Molla Pənah Vaqif erotikası
calendar 23 avqust 2011
clock 13:35
Kulis.az Molla Pənah Vaqifin erotik şeirlərini təqdim edir:

Ola

Xublar arığından yarımaq olmaz
İyidin həmdəmi gərək çağ ola
Bəstə boylu gərək, mina gərdənli
Zülfü siyah, var əndamı ağ ola

Döşün açıb əl dəyəndə yaxaya
Ağ gülün bağrına peykan toxuya
Bədənindən müşki ənbər qoxuya
Zülyü gərdənində bir qucaq ola

Bir mayabud gərək, baldırı yoğun
Sərasər ət basa dizin, topuğun
Əl vuranda dura buğumbabuğum
Titrəyə, quyruqdan çox yumşaq ola

Hayası üzündə, əqli başında
Öldürə Vaqivi gözü-qaşında
Ya on üç, ya on dörd, on beş yaşında
Nə ondan böyükrək, nə uşaq ola...


Öpəydim

Əldə ayna, gözə sürmə çəkəndə
Ala gözün bulağından öpəydim
Zənəxdanın çevrəsindən, xalından
Qələm qaşın qabağından öpəydim

Zülf ilən bəzənib gələndə üzün
Yenə can almağa qəsd edir gözün
Vəsfi-zəbanından çıxanda sözün
Dilin, dişin, dodağından öpəydim

Alaydım yaşmağın, açıb kəmərin
Çıxarıb əynindən zərbafın, zərin
İyləyb-iyləyib zülfi-ənbərin
Üzdən sonra buxağından öpəydim

Vaqifin bağrını döndərib közə
Yar odur yarının gövrünə dözə
Yarım sallanıban gələndə bizə
Düşübən əl-ayağından öpəydim


Gəlin

Başına döndüyüm, suların yolu
Gedəndə boş gedir, gələndə dolu
Ağ məmə üstündən çatının zolu
Sən qıysan, mən sənə qıymanam, gəlin!

Başına döndüyüm, telli-toqqalı
Qaşların canımı haqq-nahaqq alı
Ağarıbdır, qırxmaq olmaz saqqalı
Vallah, üzün üstə qoymanam, gəlin!

Taxtına çıxmanam, taxtın ucadır
Qoynuna girmənəm, yarı gecədir
Deməginən «Molla Pənah qocadır»
Səni tamam yesəm, doymanam, gəlin!
# 10851 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news