Dostoyevski qayıdır

Dostoyevski qayıdır
calendar 1 sentyabr 2011
clock 13:13
Məşhur rejissor Martin Skorseze 1974-cü ildə Karel Rays tərəfindən ekranlaşdırılmış “Oyunçu” filminin rimeykini çəkəcək. Qeyd edək ki, film dahi rus yazıçısı F.Dostoyevskinin eyni adlı romanı əsasında yaradılıb.

Kulis.az-ın The Hollywood Reporter qəzetinə istinadən verdiyi xəbərə rejissor baş rola sevimli aktyoru Leoanardo Di Kaprionu dəvət edəcək.

O zaman K.Rays romanı sərbəst şəkildə adaptasiya etmişdi, hadisələr Nyu Yorka gətirilmiş, baş qəhrəman isə amerikalı professor Aksel Fridə çevrilmişdi.

Di Kaprio filmdə ikili həyat yaşayan, bütün var-dövlətini uduzan obraz yaradacaq. Skorseze artıq Paramount kompaniyası ilə çəkilişlər haqda razılığıa gəlib.

Dostoyevskinin “Oyunçu” romanı indiyə kimi müxtəlif vaxtlarda nə az-nə çox 11 dəfə ektanaşdırılıb. Sonuncu dəfə əsərin kinoversiyasını 2007-ci ildə alman rejissoru Sebastian Binik hazırlayıb.

Türk rejissor Zeki Demirkubus Dostoyevskinin “Yeraltından qeydlər” əsərini ekranlaşdırıb

Bu ilin dekabr ayında göstərilməsi planlaşdırılan filmdə baş rolu Engin Günaydın oynayır.

Filmdə İstanbuldan millət vəkili seçilmiş Sırrı Sürəyya Öndər, Sarp Apak, Nihal Yalçın kimi aktyorlar da yer alacaq.

Demirkubuz siyasi təşkilata üzv olduğu üçün 3 il həbs cəzası aldıqdan sonra ədəbiyyata meyl etməyə başlayıb. “Yazqı” adlı filmini Albert Kamyunun “Yad” əsərindən təsirlənərək çəkib. “Masumiyyət”, “Gözləmə otağı”, “Üçüncü səhifə” kimi filmləri ilə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Rena NEVZAT
Günel ƏSGƏRZADƏ
# 1385 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news