Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ı yeni nəşrdə!

Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ı yeni nəşrdə!
calendar 1 sentyabr 2011
clock 16:54
“Qanun” Nəşriyyatı dünya ədəbiyyatının seçilmiş əsərlərindən olan Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri yenidən nəşr olunub.

“Çovdarlıqda uçurumdan qoruyan” romanı amerikalı yazıçı Cerom Devid Selincer tərəfindən 1951-ci ildə qələmə alınıb. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib.

Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində doqquz il işləyib. Amarika yazıçısı Cerom Devid Selincer (1919 – 2010) hələ gənc yaşlarından, Pensilvaniyada hərbi məktəbdə təhsil aldığı illərdə məktəb qəzetlərində köşə yazarı kimi çalışıb, bir müddət sonra isə o, hekayələr yazmağa başlayıb. Yazıçının ilk əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb. Ona dünya şöhrətini qazandıran əsəri isə 1951-ci ildə yazdığı yeganə romanı “Çovdarlıqda uçurumdan qoruyan” olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb.
# 2792 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news