Orxan Pamukun yeni kitabı çıxır

Orxan Pamukun yeni kitabı çıxır
calendar 2 sentyabr 2011
clock 13:37
Nobel mükafatlı türk yazıçı Orxan Pamuk Harvard Universitetində keçirdiyi Norton Konfranslarındakı çıxışlarını bir yerə toplayaraq kitab halında təqdim edəcək.

“Sadəlövh və dərrakəli romançı” adlı kitab artıq gələn həftənin sonlarından satışda olacaq.

Harvard Universitetində 1925-ci ildən bəri Çarlz Eliot Nortonun xatirəsinə hər iki ildən bir təşkil olunan və akademik baxımdan böyük etibar qazanmış Norton Dərsləri sənətin fərqli sahələrindən olan insanlar tərəfindən verilir.

Bu dərslərdə musiqi, ədəbiyyat, rəsm, memarlıq kimi sahələrin uğurlu simaları sənət fəaliyyətləri haqda fikirlərini bölüşürlər. Norton Dərslərini verən insanlar arasında Xorxe Luis Borxes, Umberto Eko, İtalo Kalvino, İqor Stravinski, Ostavio Paz, Nadin Qordimer var.

Nobelli yazıçı Pamuk Norton Dərslərinə qonaq olan son sənətçidir. 2009-cu ildən “Saf və dərrakəli romançı” başlığı ilə hazırladığı və Harvaddakı Sanders Teatrında verdiyi açıq dərslərdə romançılığı əsas mövzu kimi götürüb.

Böyük marağa səbəb olan və ümumilikdə altı mühazirədən ibarət dərslər roman oxuyarkən beynimizdə reallaşan hadisələr, roman ilə rəsm sənətinin əlaqəsi, oxucu ilə ədəbi obrazlar arasında yaranan münasibət, reallıqla qurmacanın fərqi, romanda mərkəz, hadisələr və zaman kimi mövzular yer alır.


Günel ƏSGƏRZADƏ
# 1129 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news