İçirsənmi?

İçirsənmi?
calendar 5 sentyabr 2011
clock 10:03
Yalqız, sahildə, köhnə sarı qeyd dəftərçəsi
yenə önümdə
çarpayımdaca yazıram
elə keçən il olduğu kimi.
Həkim baş çəkəcək
Bazar ertəsi.
“Bəli, həkim, zəif ayaqlar, başım gicəlir, başağrılarım var,
Sancır bir az da kürək.”
“İçirsənmi?” o soruşacaq.
“bəs edirsənmi idman,
atırsanmı vitaminləri?”
Məncə, mən həyatla azarlamışam,
Hər şeydən bezmişəm,
usanmışam,
Ancaq hələ də narahatlıq var içimdə.
Hətta derbidə.
Şütüyən atlara baxıram
Mənasız görünürlər artıq.
Heç bitməmiş çıxıram
gələn yarışa bilet alanda
soruşur motel işçisi:
“artıq gedirsiz?”
“hə, ürəyim sıxılır”, deyirəm ona.
“bir halda ki, cansıxıcıdır,
onda sizə yaxşı yol”, o, mənə deyir,
“sizi yenə gözləyirik.”
Beləliklə,
yenə burdayam
söykənmişəm bu balışlara
yenə də
sadəcə, qoca biri
sadəcə, qoca yazar
sarı
dəftərçəsiylə.
nəsə
döşəmənin
üstündə gəzərək
mənə tərəf
gəlir.
hə, bu ki
mənim pişiyimdir
bu
dəfə.

İngiliscədən tərcümə: Svetlana Quliyeva
# 1043 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news