Cavid və Vurğunun Mir Cəfərə məktubları

Cavid və Vurğunun Mir Cəfərə məktubları
calendar 9 sentyabr 2011
clock 20:00
Kulis.az Səməd Vurğun və Hüseyn Cavidin Mir Cəfər Bağırova yazdığı məktubları çap edir.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan bu məktublar Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabının 37-ci səhifəsində çap olunub.
Məktubları şərhsiz çap edirik:



“Hörmətli yol. Bağırov!

İndiyə qədər mənim mənzil məsələm həll edilməmişdir. Beş nəfərlik ailəmiz kiçik bir otaqda yaşayırıq. Bu vəziyyət mənim yaradıcılıq işimə böyük zərbələr vurur, özüm də get-gələ zəifləyirəm. Çox rica edirəm ki, mərkəzi partiya komitəsinin yaşayış binasında boşalmaqda olan bir mənzilin mənə verilməsi sərəncamında bulunasınız”.

Sizin: Səməd Vurğun
7 oktyabr, 1936.


Səməd Vurğunun ərizəsinə Mir Cəfər Bağırov tapşırığı ilə Mərkəzi Komitənin növbəti büro iclasında 1936-cı il oktyabrın 17-də baxılmış və məsələ ən yüksək səviyyədə həll edilmişdir. O, mənzillə təmin olunmuşdur.


Hüseyn Cavidin ərizəsində deyilir:

“Möhtərəm Mir Cəfər Bağırov yoldaş!

Son zamanlarda mənə və yazılarıma qarşı – istər mənəvi, istər maddi cəhətdən – qaba və soyuq bir keçimsizlik var. Bu da yalnız tək-tək şəxslərin kaprizindən irəli gəlməkdədir. Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünməyinizi rica edirəm.

Hüseyn Cavid,
3 oktyabr 1936. Bakı.

Hüseyn Cavidin ərizəsinə MK-nin oktyabrın 22-də keçirilmiş Büro iclasında baxılmışdır. MK qərarının üzərində M.C.Bağırovun hökümət başçısı Hüseyn Rəhmanova və MK bürosunun üzvü Ruhulla Axundova ünvanlanmış bu sözlər yazılmışdır: “H. Cavid yoldaşı MK-ya dəvət edin, onun şikayətini dinləyin və nəticəsi barədə Azərbaycan K(b)P MK-ya məlumat everin. İmza: M.C.Bağırov”.
# 2249 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news