Milli Kitab Mükafatının daha bir kitabı işıq üzü gördü

Milli Kitab Mükafatının daha bir kitabı işıq üzü gördü
calendar 9 sentyabr 2011
clock 16:49
Yazıçı Nəriman Əbdülrəhmanlının “Əli və Nino” Nəşrlər Evinin keçirdiyi Milli Kitab Mükafatının builki müsabiqəsində III yeri bölüşmüş “Yolsuz” romanı “Qanun” nəşriyyatında çapdan çıxıb.

Müəllifin “Könül elçisi” və “Yalqız” romanlarından sonra üçüncü irihəcmli əsəri olan “Yolsuz” özünəməxsus psixoloji araşdırmadır. Müəllif bu romanında da son illərdə qələmə aldığı hekayələrində olduğu kimi qəhrəmanlarının mənəvi yaşantılarını təfərrüatına kimi təsvir edib.

Mənəvi özünəqəsddən cismani özünəqəsdə aparan yol hansı mərhələlərdən keçir? İnsan ömür adlandırdığı yolun hara apardığını bilirmi? Əsərin qəhrəmanı psixoloq-yazıçı bu suallara cavab axtara-axtara… roman yazır. O, əslində “mənəvi qətl”i araşdıran detektivdir.

“Yolsuz” romanı psixoloji situasiyaların gərginliyi və təfərrüatın dolğunluğu ilə diqqət çəkir.
# 956 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news