Dostoyevskinin “Ölü evdən qeydlər” əsəri çap olunub

Dostoyevskinin “Ölü evdən qeydlər” əsəri çap olunub
calendar 13 sentyabr 2011
clock 11:04
“Qanun” və “Əli və Nino” nəşriyyatlarının birgə layihəsi olan “klassiklər” seriyasında Dostoyevskinin “Ölü evdən qeydlər” əsəri nəşr olunub. Əsərin tərcüməsi Məmməd Qocayevə məxsusdur.

«Ölü evdən qeydlər» Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazıb.

1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilib.

Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarıb və onun icrasına bir neçə dəqiqə qalmış hökm çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilib. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirib.

«Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılıb. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünya-görüşünə ciddi təsir edib.

Əsər Azərbaycan dilində ilk dəfə nəşr olunur.

Günel ƏSGƏRZADƏ
# 1273 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news