Andrey Platonovun “Can” romanı nəşr olunub

Andrey Platonovun “Can” romanı nəşr olunub
calendar 13 sentyabr 2011
clock 11:44
Məşhur rus yazıçısı Andrey Platonovun “Can” romanı ilk dəfə olaraq dilimizə nəşr olunub.

Kitabın tərcüməsi Nəriman Əbdülrəhmanlınındır.

“Can” povestinin ana ideyasını insan azadlığı, insan xoşbəxtliyi, onun hərbi yolla deyil, təbiətlə harmoniyada mümkün ola biləcəyi təşkil edir.

Partiya MK-sı artıq ölmüş, yer üzündən silinmiş sayılan can xalqının oğlu olan Nəzər Cağatayevi – Moskva İqtisad İnstitutunun məzununu, öz xalqını axtarıb tapmağı və bu həyata qaytarmağı, xalqını sosializmə qovuşdurmağı tapşırır.

Hər yerdə qan yoluyla bərqərar olan sosializm bu dəfə sevgi ilə yaranır. Halbuki dirilən can xalqı hələ də sosializmin və Leninin kim olduğunu bilmir. Onlar, sadəcə, insan xoşbəxtliyinə inanır və bundan sonra ölməmək qərarına gəlirlər…

Platonov Stalinin adını çəkmədən onun idarəçiliyi haqda çox yazıb. Gözüaçıq və diqqətli oxucu olan Stalin isə bütün bunları anladığına görə onun əsərlərinin çapını qadağan edib. Əsərləri yalnız ötən əsrin sonlarından başlayaraq Qərbdə çap olunandan sonra Rusiyaya ayaq açmağa və geniş oxucu dairəsi qazanmağa başlayıb.
İlk dəfə dilimizdə çap olunan “Can” dünya ədəbiyyatının şedevrlərindən sayılır.
# 852 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news