İsmayıl Şıxlının son romanı çap olundu

İsmayıl Şıxlının son romanı çap olundu
calendar 16 sentyabr 2011
clock 12:39
Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının “Ölən dünyam” adlı romanı “Qanun” nəşriyyatında çap olunub.

Azərbaycanın xalq yazıçısı mərhum İsmayıl Şıxlı bu tarixi romanını ölümündən beş ay qabaq tamamlaya bilib.

O, bu romanı yazmaq qərarına əvvəllər gəlsə də, təəssüf ki, ideyasını sovet gerçəkliyində obyektiv səbəblər ucbatından reallaşdıra bilməyib.

İsmayıl Şıxlının kulta çevrilmiş “Dəli Kür” romanından dərhal sonra, ilk variantda “Qanlı təpə” adıyla qələmə almaq istədiyi bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi.

“Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin (“Dünya qopur”, “Dumanlı Təbriz”, “Bir gəncin manifesti”, “Səhər”, “Şamo”) təkrarından başqa bir şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım”, – müəllif yazır.

O, bir də müstəqillik dövründə bu ideyasına qayıdır, özgürlüyün verdiyi imkanlardan istifadə eləyərək xəstəliyi və gözünün zəifləməsinə baxmayaraq, doğmalarının fədakar yardımı sayəsində romanı yazmağa başlayır və uğurla başa çatdırır. Bu dəfə roman belə adlanır: “Ölən dünyam”. Ölməz yazıçının bu əsəri oxucuları “Dəli Kür”dən uzun illər sonra bir daha sehrləyəcək və onlara gözəl nəsrin zövqünü yaşadacaq.

Xatırladaq ki, sentyabrın 28-30-da keçiriləcək Bakı Kitab yarmarkasında yarmarkanın ilk günü saat 17:00-da İsmayıl Şıxlının “Ölən dünyam” kitabının təqdimatı olacaq. Kitabı ölməz yazıçının oğlu Fərrux Şıxlınski təqdim edəcək. Təqdimat nəşriyyatın stendi qarşısında olacaq.

Günel ƏSGƏRZADƏ
# 1559 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news