Əli Əmirli yeni pyes yazıb

Əli Əmirli yeni pyes yazıb
calendar 16 sentyabr 2011
clock 13:49
Yazıçı-dramaturq Əli Əmirli 6 aydır üzərində işlədiyi “İki aktrisa üçün baş rol” pyesini artıq bitirib.

Müəllifin teatral komediya kimi təqdim etdiyi, amma daha çox gərgin dramatizmi ilə seçilən bu pyes teatr həyatından bəhs edir.

Dörd obrazın iştirak etdiyi səhnə əsərində teatr adlı sehrli bir sənətin əsas yaradıcıları - aktyor (indiki halda iki aktrisa), dramaturq və rejissor arasında baş verən mürəkkəb psixoloji münasibətlər əksini tapır.

Bu dörd nəfəri çox şey birləşdirir, amma ən vacibi və daimi olanı məhz sənət, teatr yanğısı və böyük səhnəyə məhəbbətdir:

“İyirmi ildən çoxdur mənim ədəbi yaradıcılığım birbaşa teatrla bağlıdır. Bu böyük vaxt ərzində bir çox teatr kollektivləri ilə işbirliyim olub. Teatr həyatını, aktyorluğu, səhnəni özünə peşə və həyat tərzi kimi seçən insanları, konkret desəm, aktyorları öyrənmək, müşahidə etmək imkanım çox olub. Təəssüratlarım birmənalı deyil. Bu insanlar, Stanislavskinin ifadəsi ilə desək, “uşaqdırlar”, amma xeyli mürəkkəb, xeyli gözlənilməz, xeyli sevimli, bəzən qəddar, bəzən fədakar, bəzən ərköyün, hərdən çox sədaqətli, hərdən də çox unutqan və vəfasız”.

Dramaturq bildirib ki, əsər Azərbaycan teatrlarının birində səhnəyə qoyulacaq.
# 904 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news