Xəyallarım bir qızın qucağında
Oyatmağa əlim gəlmədi
Xəyallarım,
Məndən uzaq düşdün.
Sənsiz darıxdım,
Aradım, axtardım
Bir qız qucağında
Sərilib
Yatan gördüm səni.
Qıymadım oyatmağa
Əlim gəlmədi.
Əfv etdim
Səni.
10.03.2011
Gedirəm
Açılacaq bu gecədə,
Üzü səhərə gedirəm.
Hər gün yolumu gözləyən
Qəmə-qəhərə gedirəm.
Abır-həyadan yırtılan,
Çöldə, bayırda sırtılan,
Hər gün üzümə çırpılan
Çora, zəhərə gedirəm.
Bu dünya bir təhər olub,
Gecə bitib, səhər olub,
Daha dayçam kəhər olub,
Minib kəhərə gedirəm.
Köklənmişəm cəngi üstə,
Gahdan zildə, gahdan pəstə,
Xoş arzuda, xoş həvəsdə
Durub şəhərə gedirəm.
18.09.2010
Xəyallarım,
Məndən uzaq düşdün.
Sənsiz darıxdım,
Aradım, axtardım
Bir qız qucağında
Sərilib
Yatan gördüm səni.
Qıymadım oyatmağa
Əlim gəlmədi.
Əfv etdim
Səni.
10.03.2011
Gedirəm
Açılacaq bu gecədə,
Üzü səhərə gedirəm.
Hər gün yolumu gözləyən
Qəmə-qəhərə gedirəm.
Abır-həyadan yırtılan,
Çöldə, bayırda sırtılan,
Hər gün üzümə çırpılan
Çora, zəhərə gedirəm.
Bu dünya bir təhər olub,
Gecə bitib, səhər olub,
Daha dayçam kəhər olub,
Minib kəhərə gedirəm.
Köklənmişəm cəngi üstə,
Gahdan zildə, gahdan pəstə,
Xoş arzuda, xoş həvəsdə
Durub şəhərə gedirəm.
18.09.2010
Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi
12:21
17 iyun 2025

Yeni xeber
11:39
17 iyun 2025

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı
12:58
29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli
18:24
21 noyabr 2024

Rakı şüşəsində balıq olmaq istəyən şair
16:34
21 noyabr 2024

Tezer Özlü "Sarı və dumanlı"
14:02
21 noyabr 2024