Ağdam şəhəri

Ağdam şəhəri
calendar 23 sentyabr 2011
clock 10:00
Səhər işə gələndə bu yazımın ilk cümlələrini yazırdım.

Qarşıma bir rus qadını çıxdı, yol dar idi.

Pilləkənlərin üstünə çıxıb ona yol verdim, qadın dar yolu keçib getdi.

Nə düşündüsə, bir neçə addım sonra arxaya dönüb dedi:

“Neçə ildir ilk dəfə görürəm ki, bir bakılı yol verir mənə”.

Beynimdəki yazını oxumuşdu sanki.

Metroda Vahid Qazının Ağdam haqda olan “Ruhlar şəhəri”ni oxuyurdum.

Azərbaycanın şəhərlərini çox sevirəm.

Bir də kəndlərini.

Rayon mərkəzləri yad gəlir mənə.

Bir zamanlar Ağdam deyə bir şəhər varmış.

Orda uşaqlar yaşayırmış, hokkeyçi Xarlamovu tanıyan, “Futbol və xokkey” oxuyan.

Bethoveni dinləyən, futbol oynayan uşaqlar vardı.

İndi nə var?

Xarabalıqlar, ruhlar şəhəri...

Yuxularda görülən bir şəhər...

Demək, şəhərimiz çox imiş.

Doğulduğum şəhər də mən uşaq olanda bu cür şəhər idi.

Ağdam kimi işğal olunmadı, amma cəhalət, nadanlıq işğal etdi onu.

Mən hibrid ziyalılar kimi rus, erməni, yəhudi xiffəti çəkmirəm.

Sadəcə, bir şəhər istəyirəm.

Uşaqların futbol oynadığı, hokkeyə baxdığı, basketboldan danışdığı, kitabxanadan kitab aldığı, skripka çaldıqları bir şəhər...

Məgər bu çoxdur?
# 2914 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news