Ən yaxşı bloq yazıları burada

Ən yaxşı bloq yazıları burada
calendar 23 sentyabr 2011
clock 13:00
Kulis.az “Bloq dünyası” layihəsi çərçivəsində hər həftə ən yaxşı bloq yazılarını sizə təqdim edəcək

Blogger Tural Əliyev Facebookun ən yeni funksiyası haqqında blogunun oxucularını məlumatlandırır. “İstifadəçilər şəbəkənin dostu olmadıqları üzvlərinin də xəbərlərini oxuya biləcəklər. Facebook sosial şəbəkəsi yeni “Subscribe” funksiyasını işə salır. Bu xidmətin köməyilə istifadəçilər sosial şəbəkənin dost olmadıqları üzvlərindən də xəbərlər ala biləcəklər. İstifadəçilər şəbəkənin digər iştirakçılarının səhifəsində müvafiq düyməyə basmaqla öz xəbər lentlərində həmin istifadəçilərin ismarışları, fotoları və digər kontentlərini görə biləcəklər. Facebook-un nümayəndələri bildiriblər ki, yeni funksiya yaxın bir neçə gün ərzində istifadəyə veriləcək”. (http://kooperasiya.wordpress.com/2011/09/19/facebookdan-%C9%99n-yeni-xidm%C9%99t/)

Emil Bağırov isə bloqunda “Kağıt” filmi haqqında yazıb. Ümumiyyətlə blogger son zamanlar filmlər və kitablar haqqında çox yazılar yazır. Müəllif yazısında indiki Azərbaycanı 70-80cı illərin Türkiyəsinə bənzədir. “Bu filmdə əks olunan Türkiyənin 70 80-ləri indiki Azərbaycandır. Ən kiçik şeylərə görə də bürokratik süründürməçiliklə üzləşirik, bizə xidmət etməli olan dövlətimizdə”. (http://sakitoglu.wordpress.com/2011/09/19/%C2%ABkagit%C2%BB-her-yasak-kendi-isyancisini-dogurur/)

Blogger Amilqızı isə cəmiyyətdə böyük yer tutan qadına qarşı zorakılıqdan yazıb. “Müasir dövrümüzdə qadına qarşı müxtəlif formalarda zorakılıqlar edilir. Zorakılıq dedikdə, təkcə cinsi yox, maddi, mənəvi,məişət,dini və s. kimi zorakılıqlar da nəzərdə tutulur. Bəs məişət zorakılığı nədir? Məişət zorakılığı dedikdə ailə-məişətdə qadınların hüquqlarının tapdalanması və ona zorakılığa qarşı mübarizə tədbirlərinin formalaşdırılması nəzərdə tutulur.” (http://amilqizi.wordpress.com/2011/09/17/qadina-qarsi-m%C9%99is%C9%99t-zorakiligi/)

Etibar Salmanlı
# 1536 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news