Həsən bəy Zərdabinin 170 illik yubileyi Zərdabda qeyd olundu

  Həsən bəy Zərdabinin 170 illik yubileyi Zərdabda qeyd olundu
calendar 17 iyul 2012
clock 15:08
Mətbuat Şurasından Trend-ə bildirilib ki, tədbirdə çıxış edən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Həsən bəy Zərdabi ruhuna ehtiramın hər zaman mətbuata göstərilən dövlət qayğısı nümunələri ilə müşayiət edildiyini vurğulayaraq Prezident İlham Əliyev tərəfindən imzalanmış "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı bu mənada əhəmiyyətli sənəd kimi dəyərləndirib.

Babayev Həsən bəy Zərdabi irsinin təbliğinə müstəqil Azərbaycan mətbuatının simasının formalaşdırılması prosesində mühüm istiqamətverici amillərdən biri olaraq hər zaman böyük önəm verildiyini diqqətə çatdırıb. O, rəhbərlik etdiyi rayonda dahi mütəfəkkirin yaradıcılığının, xidmətlərinin daim insanlara çatdırılması istiqamətində iş aparıldığını, görkəmli şəxsiyyətin ev muzeyinin fəaliyyət göstərdiyini deyib. Ən əsası isə rayonda Zərdabi təfəkkürünün məhsulu kimi meydana çıxan ilk mətbu orqanının müasir sələfi "Əkinçi" qəzetinin fəaliyyətinə böyük diqqət yetirilir.

KİV təmsilçiləri Həsən bəy Zərdabinin ev muzeyinə baş çəkiblər. Onlara böyük ziyalının həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən albom və fotoşəkillər barədə ətraflı məlumat verilib.
# 1174 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news