- Məşhur reper vəfat etdi
- Xalq yazıçısı Anar “Yaşayan ədəbi dəyərlər” medalı ilə təltif edildi
- Azərbaycan xalq nağılları Türkiyədə çap olunub
Qeyd edək ki, Azərbaycan jurnalistləri İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün İrana getmək niyyətindədirlər. Səfər Lent.az-ın təşəbbüsü ilə həyata keçirilir. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, “Mərkəz.az” saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət ediblər. Həmçinin, “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev də bu təşəbbüsə qoşulub.
Xatırladaq ki, bu il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Geraninin (Hacızadə) bu ölkədə həbs olunublar. Hadisədən 2 aydan çox keçməsinə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı səfirliyinin, Təbrizdəki konsulluğunun gərgin çalışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrinin müraciətlərinə, həbs olunan gənclərin valideynlərinin xahişlərinə baxmayaraq, İran rəsmi qurumları bu müddət ərzində Azərbaycan tərəfinə konkret məlumat verməyib.